Əsas səhifə » Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Bakı, AzerVoice

Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AzerVoice-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Digər Kateqoriyalar

2024 © Azervoice