Əsas səhifə » MÜSİAD Azərbaycan rəhbəri millət vəkili ilə görüşüb 

MÜSİAD Azərbaycan rəhbəri millət vəkili ilə görüşüb 

Bakı, AzerVoice

Millət vəkili Əlibala Məhərrəmzadə MÜSİAD Azərbaycan Dərnək mərkəzini ziyarət edib. 

Bu barədə AzerVoice-ə MÜSİAD-dan məlumat verilib. 

Görüşdə İdarə Heyətinin Sədri Rəşad Cabirli və İdarə Heyəti üzvləri iştirak edib.  

Görüş zamanı ölkəmizdə, regionda sahibkarlığın inkişafı, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların cəlb edilməsi istiqamətində əməkdaşlıq perspektivlərilə  bağlı fikir mübadilələri aparılıb.  

Yenicə təsis edilmiş Quba İş Adamlarına Dəstək (QİAD) Birliyi və ümumiyyətlə regionda fəaliyyət göstərən təşkilatlarla, sahibkarlarla əməkdaşlığın əhəmiyyəti, prioritetləri müzakirə edilib. 

Görüş zamanı ortaq Türk əlifbasının yaradılmasının əhəmiyyəti vurğulanıb. MÜSİAD Azərbaycanın Təhsil və Mədəniyyət komissiyası ilə birlikdə bu istiqamətdə beynəlxalq konfrans keçirilməsi təklif edilib.  

Rəşad Cabirli qeyd edib ki, dərnəyin əsas fəaliyyəti Azərbaycan və Türkiyə arasında ticari əlaqələrin və qarşılıqlı investisiya hədəflərinin artırılması istiqamətindədir. 

 Hafiz Rufizoğlu  

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun 

Digər Kateqoriyalar

2025 © Azervoice