Bakı,AzerVoice
Türkiyə NATO-nun ən güclü müttəfiqlərindən biridir.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəyirmi masa toplantısında çıxış edib.
“Türkiyə-ABŞ münasibətlərindəki müsbət atmosfer bizi sevindirir”,- deyə Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, bu görüşdə terrorla mübarizədən müdafiə sənayesinə, enerjidən iqlim və ətraf mühit məsələlərinə qədər yeni məsləhətləşmə mexanizmləri yaradılıb.
"Türkiyənin maraqlarını əsas götürən bir yanaşma ilə müxtəlif regional təşkilatlarla əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik",- deyə o vurğulayıb.