58
Bakı, AzerVoice
Yəmənin Ədən şəhərindən Taiz şəhərinə gedən sərnişin avtobusu yoldan çıxaraq aşıb.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla 16 nəfər həyatını itirib.
Qəzadan sonra verilən açıqlamada avtobusun əyləc sistemindəki nasazlığın sürücünün idarəetməni itirməsinə səbəb olduğu bildirilib.
Məlumat üçün qeyd edək ki, 2024-cü ilin birinci yarısında qəzanın baş verdiyi yolda 114 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 9 nəfər həlak olub.
Hafiz Rufizoğlu