Bakı, AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair prezidenti Əbdülməcid Tebbunu yenidən prezident seçilməsi ilə bağlı təbrik edib.
AzerVoice xəbər verir ki, iki lider arasında telefon danışığı baş tutub.
Ərdoğan görüşdə bildirib ki, seçki nəticələri Əlcəzair xalqının son 5 ildə atılan addımlara dəstəyinin göstəricisidir.
O, yeni dövrdə Əlcəzairin sabitlik və firavanlığının daha da güclənəcəyinə inandığını, Türkiyə-Əlcəzair əlaqələrinin iki ölkə arasındakı qardaşlıq bağlarına yaraşaraq hər sahədə inkişaf edəcəyinə inandığını bildirib.
Əlcəzair prezidenti Tebbunu Türkiyəyə dəvət edən prezident Ərdoğan bildirib ki, Türkiyə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olaraq Əlcəzairin Fələstin davası üçün göstərdiyi səyləri yüksək qiymətləndirir və dəstəkləyir.
Məlumat üçün qeyd edək ki, Əbdülməcid Tebbun 94 faiz səslə yenidən Əlcəzair prezidenti seçilib
Hafiz Rufizoğlu