Bakı, AzerVoice
İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzzaya davamlı hücumları ilə bağlı qərəzli nəşrlərinə görə dəfələrlə gündəmə gələn İngiltərənin əsas media xətti tənqid hədəfinə çevrilib.
AzerVocie ArabAZ-a istinadən xəbər verir ki, bu barədə Media Monitorinq Mərkəzinin (CfMM) analitiki Faysal Hənif deyib.
O, İsrailin Qəzzaya hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla təxminən 41 min fələstinlinin həyatını itirdiyini deyib.
"Son 10 ayda çaşdırıcı və faktlara əsaslanmayan məlumatların dərc edilməsi ilə bağlı bir çox nümunə var"- deyə Faysal Hənif qeyd edib.
Hənif, İngilis mediasındakı bəzi şərhçilərin İsrail əsgərlərinin Kfar Aza qəsəbəsində "başı kəsilmiş körpələr" tapdığına dair yalan xəbərlərə hələ də toxunmağa davam etdiyini, İsrailin hücumları ilə bağlı xəbərlərdə isə "məlumatın buraxıldığını" qeyd edib.
Hanif BBC-nin İsrailin baş naziri Benyamin Netanyahunun iyul ayında ABŞ Konqresindəki çıxışı ilə bağlı xəbərlərini tənqid edib. O bildirib ki, BBC öz hesabatında Netanyahunun "başı kəsilmiş körpələr" yalanının əslində araşdırmaçı jurnalistlər tərəfindən təkzib edildiyini qeyd etməyib.
Qəzza xəbərlərində istifadə edilən dilin də əhəmiyyətli bir problem olduğunu vurğulayan Hənif, “7 oktyabr hadisəsi xəbərlərdə 'vəhşi', 'barbar' və 'qətliam' kimi həyəcanverici ifadələrlə izah edilərkən, 40 mindən çox Qəzzalının öldürülməsinin bəzən bir dipnotla üstündən keçilir və ya 'bədbəxt' hadisə olaraq xarakterizə edilir.",-deyə qeyd edib.
CfMM-nin mart ayında dərc etdiyi hesabatda Qəzzaya hücumlarla bağlı İngilis mediasında çıxan xəbərlərdə dil və yanaşmanın araşdırılması zamanı məlum olub ki, 177 minə yaxın xəbər görüntüsünün 70 faizində qırğın və vəhşilik ifadələri israillilərin yaşadıqlarını təsvir etmək üçün istifadə olunub.
Hafiz Rufizoğlu