Əsas səhifə » Hakan Fidan Blinkenlə görüşüb

Hakan Fidan Blinkenlə görüşüb

Bakı,AzerVoice

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ilə ABŞ-ın Xarici İşlər Naziri Antoni Blinken arasında telefon danışığı olub.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin X sosial media hesabında paylaşım edilib.

Görüş zamanı HƏMAS və İsrail arasındakı atəşkəs danışıqları müzakirə olunub.

"Qarşı tərəfin tələbi ilə keçirilən görüşdə HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədəki inkişaflar müzakirə edilib",- deyə paylaşımda qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice