Əsas səhifə » Türk snayperçilər Avropada birinci olublar

Türk snayperçilər Avropada birinci olublar


Bakı,AzerVoice

Almaniyada keçirilən Avropanın Ən Yaxşı Snayper Komandası Yarışmasında Türkiyəni təmsil edən Quru Qoşunları və Xüsusi Təyinatlılarının şəxsi heyəti yarışı birinci və ikinci yerdə başa vurub.

AzerVoice xəbər verir ki,5-11 avqust 2024-cü il tarixləri arasında Almaniyanın Hohenfels şəhərində NATO-ya üzv olan 19 ölkədən 36 komanda Avropanın ən yaxşı snayper komandası olmaq uğrunda yarışıb.

Almaniyanın ev sahibliyi etdiyi yarışda Türkiyədən 2 komanda iştirak edib.

Hər il keçirilən və günlərlə davam edən yarışda snayper bölmələri quruda naviqasiya, təkmil atıcılıq, tibbi simulyasiyalar və bir çox başqa sahədə sınaqdan keçirilib.

Avropanın Ən Yaxşı Snayper Komandası Yarışmasında Türkiyə Quru Qoşunları komandası 1-ci, Türkiyə Xüsusi Təyinatlı Qüvvələri komandası isə 2-ci yerdə qərarlaşıb.

Digər Kateqoriyalar

2025 © Azervoice