Əsas səhifə » Türkiyə Suriya ilə nazirlər səviyyəsində görüşə bilər - Yaşar Güler

Türkiyə Suriya ilə nazirlər səviyyəsində görüşə bilər - Yaşar Güler

Bakı,AzerVoice

Türkiyə və Suriya uyğun şərtlər yaranarsa, münasibətlərin normallaşdırılması səyləri çərçivəsində nazirlər səviyyəsində bir araya gələ bilərlər.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər deyib.

"Türkiyə Suriyadan çəkilmə mövzusunu ancaq yeni konstitusiya qəbul edildikdən, seçkilər keçirildikdən və sərhədlər tam təhlükəsizliklə təmin edildikdən sonra müzakirə edə bilər",- deyə nazir vurğulayıb.

Güler həmçinin NATO və ŞƏT barədə də danışıb.

"Biz NATO-nun yeni baş katibi Mark Ruttenin müttəfiqlər arasında daha balanslı olmasını gözləyirik. Müttəfiqlər terrorla mübarizə üçün daha çox iş görməlidir",- deyə o bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice