Əsas səhifə » Sənan Süleymanov erməni əsilli rəqibinə qalib gəldi

Sənan Süleymanov erməni əsilli rəqibinə qalib gəldi

Bakı. AzerVoice

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 AzerVoice xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən erməni əsilli rəqibi Ayk Mnatsakanyanla qarşılaşıb.

Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Digər Kateqoriyalar

2025 © Azervoice