Bakı,AzerVoice
Heç bir xainin qəhrəman ordumuzun şanlı formasını geyinməsinə icazə verməyəcəyik.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Yaşar Güler deyib.
FETÖ-nün 15 iyul dövlət çevrilişinə cəhdinin səkkizinci ildönümü münasibətilə “15 İyul Demokratiya və Milli Birlik Günü Anma Mərasimi” keçirilib.
Güler 15 İyul Demokratiya və Milli Birlik Gününü qeyd edib və bu münasibətlə 15 iyul gecəsi dövlət çevrilişinə cəhd edənlərə müqavimət göstərərkən şəhid olanları rəhmətlə yad edib.
“Türkiyə Silahlı Qüvvələrimiz 15 iyulda vətəndaşlara sızan xainlərə qarşı mübarizə apararaq onlara diz çökdürdü və demokratiyaya inamını bir daha nümayiş etdirdi.",- deyə nazir vurğulayıb.
"Nazirliyimizin xain FETÖ ilə mübarizəsi, təşkilata bağlı bir nəfər də olsun şəxsi heyət qalmayana qədər əzm və qətiyyətlə davam edəcək",- deyə Güler bildirib .
Xainlərdən təmizlənmiş Türkiyə Silahlı Qüvvələrinin əvvəlkindən daha təsirli, çəkindirici və hörmətli şəkildə vəzifələrini davam etdirdiyini bildirən Gülər, bu çərçivədə ötən əsrin ən gərgin fəaliyyətinin böyük müvəffəqiyyətlə həyata keçirildiyini bildirib.