Bakı. AzerVoice
Ankara Türkiyənin NATO üzvü kimi etibarsızlığı ilə bağlı bəyanatları qəti şəkildə rədd edir.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Politico" qəzetinə müsahibəsində deyib.
"Türkiyə İraq və Suriya ilə sərhəddə 30-40 kilometr dərinlikdə təhlükəsizlik zonası yaratmaq və bu bölgəni terrorçulardan tamamilə təmizləməkdə qərarlıdır", - deyə nazir bildirib.
Y.Gülər qeyd edib ki, Türkiyə silahlı qüvvələrinin antiterror əməliyyatları sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək.
Nazir həmçinin vurğulayıb ki, Ankara Türkiyənin NATO üzvü kimi etibarsızlığı ilə bağlı bəyanatları qəti şəkildə rədd edir:
"Bu tamamilə yalnışdır. 32 müttəfiqin hər mövzuda eyni fikirdə olması mümkün deyil. Bəzi ölkələr bu cür fikirlər formalaşdırmağa çalışırlar".