Bakı. AzerVoice:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinlə təmaslarının son günündə Urumçi və Kaşqar şəhərlərinə səfər edib.
AzerVoice xəbər verir ki, Nazir Fidanın səfəri prezident Rəcəb Tayyib Ərdoğanın baş nazirlik dövründə bölgəyə səfərindən sonra Türkiyədən ən yüksək səviyyəli səfər olub.
Xarici işlər naziri Fidan dünən Pekində verdiyi açıqlamada bu iki şəhərin Çinin mədəni zənginliyinə töhfə verən qədim türk-islam şəhərləri olduğunu bildirib. O Çinə səfəri çərçivəsində Sincan-Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçidə Yanhang məscidini və Beynəlxalq Böyük Bazarı da ziyarət edib.
Səfər zamanı Çində uyğur türklərinin əsas hüquq və azadlıqlarının qorunmasının, firavan və sülh içində yaşamasının əhəmiyyəti gündəmə gətiriləcək.
Xarici işlər naziri Fidan Urumçi və Kaşqar səfərlərindən sonra Türkiyəyə geri qayıdacaq.


