Əsas səhifə » Suriya səfirlikləri və diplomatik nümayəndəlikləri yenidən qurulur – XİN

Suriya səfirlikləri və diplomatik nümayəndəlikləri yenidən qurulur – XİN

Bakı, AzerVoice

Suriya xarici işlər naziri Əsəd əl-Şeybani Suriya səfirliklərinin və diplomatik nümayəndəliklərinin yenidən qurulması prosesinə start verildiyini elan edib. O, bu addımın prezident Əhməd əş-Şərəin birbaşa göstərişi ilə həyata keçirildiyini bildirib.

AzerVoice Arab.AZ-a istinadən xəbər verir ki, Şeybani qeyd edib ki, bu yenidənqurma prosesi Ərəb Suriya Respublikasını layiqincə təmsil edəcək və xaricdə yaşayan suriyalı vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edəcək bir şəkildə aparılacaq.

Hazırda xaricdəki Suriya nümayəndəliklərinin vəziyyətinin hərtərəfli təhlili aparılır və tezliklə bu nümayəndəliklərin yenidən təşkili və tənzimlənməsi ilə bağlı ciddi qərarlar elan ediləcək. Məqsəd – fəaliyyətin səmərəliliyini artırmaq və siyasi təmsilçiliyin daha aydın olmasını təmin etməkdir.

Digər Kateqoriyalar

2025 © Azervoice