Əsas səhifə » Türk Qızıl Ayparasının yardımı Qəzza sərhəddində gözləyir

Türk Qızıl Ayparasının yardımı Qəzza sərhəddində gözləyir

BAKI, AzerVoice

Türk Qızıl Ayparasının yardım maşınları Rəfah sərhədində Qəzzaya keçmək üçün gözləyir

AzerVoice xəbər verir ki, İsrailin hücumları nəticəsində Qəzzaya humanitar yardımın çatdırılması çətinləşib.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz bildirib ki, hazırda 700-ə yaxın yardım maşınları Rəfah Sərhəd Qapısında gözləyir.

Yılmaz qeyd edib ki, Türk Qızıl Ayparası İsrailin hücumlarının ilk günündən etibarən bölgədə humanitar yardım fəaliyyəti aparır. Onun sözlərinə görə, hazırda bütün giriş nöqtələri bağlanıb və yardım yalnız müəyyən ticarət kanalları vasitəsilə içəri ötürülə bilir.

“İçəridəki heyətimiz sayəsində yardımları məhdud formada da olsa çatdırmağa çalışırıq. Ancaq qeyd etməliyik ki, Qəzzadakı vəziyyət beynəlxalq hüquq normalarına uyğun olaraq dərhal və daimi atəşkəslə həll olunmalıdır” - deyə o bildirib.

Türkiyə xalqının fələstinlilərə qarşı həssaslığını vurğulayan Yılmaz, Ramazan ayı ərzində bölgədə 35 min ərzaq bağlaması payladıqlarını, hər gün 30 min insana isti yemək çatdırdıqlarını və AFFA ilə əməkdaşlıqla 10 min çadırın qurulmasına çalışdıqlarını bildirib.

İçməli su çatışmazlığının böhran səviyyəsində olduğunu vurğulayan Fatma Meriç Yılmaz, Türkiyənin Qəzzaya yardım edən ölkələr arasında 30 faizlik payla ilk sırada yer aldığını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice