Əsas səhifə » BMT ABŞ-İran gərginliyindən narahatdır

BMT ABŞ-İran gərginliyindən narahatdır

BAKI, AzerVoice

BMT ABŞ ilə İran arasında gərginliyin artmasından narahatdır.

AzerVoice xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin brifinq zamanı verdiyi açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, BMT, tərəflərin dolayı danışıqlar aparmaq imkanını müsbət qarşılayır.

"ABŞ və İran arasında artan gərginlik bizi, təbii ki, narahat edir. Eyni zamanda, üçüncü tərəfin vasitəçiliyi ilə dolayı danışıqların mümkünlüyü barədə xəbərləri müsbət qarşılayırıq. Ümid edirik ki, bu fürsət reallaşacaq və vasitəçi rolunu oynaya biləcək bir ölkə ilə proses davam etdiriləcək", - deyə Düjarrik bildirib.

Xatırladaq ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, Vaşinqton vasitəçilər vasitəsilə danışıqlar aparmaq ideyasına müsbət yanaşır. Onun sözlərinə görə, danışıqlar başlasa, vasitəçi rolunu, çox ehtimal, Oman yerinə yetirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice