Əsas səhifə » Tramp və netanyahunun mətbuat konfransı ləğv edilib

Tramp və netanyahunun mətbuat konfransı ləğv edilib

BAKI, AzerVoice

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın birgə mətbuat konfransı ləğv edilib.

AzerVoice-un məlumatına görə, Netanyahu, Trampla görüşmək üçün Macarıstandan ABŞ-a gedib. Onun Ağ Evdə Trampla görüşəcəyi gözlənilirdi. Lakin gözlənilən birgə mətbuat konfransı ləğv edilib.

ABŞ Prezidenti Donald Tramp, yanvarda prezidentlik vəzifəsinə başlamasından sonra ikinci dəfə Vaşinqtona gələn Netanyahu ilə Ağ Evdə keçirəcəyi görüş barədə açıqlama verib.

“Hazırda Yaxın Şərqdə susdurulmalı olan çox şey baş verir”, - deyə Tramp bildirib.

Xatırladaq ki, bundan əvvəl Netanyahu bildirmişdi ki, bazar günü Ağ Evdə keçiriləcək görüşdə gömrük rüsumları, Qəzzadakı son vəziyyət, İranla müharibə ehtimalları, Tehranın regiondaki təsirinə qarşı tədbirlər və İsrail ilə ikitərəfli münasibətlər də müzakirə ediləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice