Əsas səhifə » Türkmənistan Türk dünyasının ayrılmaz parçasıdır - Türkiyə

Türkmənistan Türk dünyasının ayrılmaz parçasıdır - Türkiyə

BAKI,AzerVoice

Türkmənistan türk dünyası üçün tarixi və mədəni baxımdan çox böyük əhəmiyyətə malikdir.

AzerVoice xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Türkmənistana səfər edib.

"Türkmənistanla Türkiyə arasındakı münasibətlər daim inkişaf edir. Bu əlaqələrin möhkəmlənməsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun, Milli Lider Qurbanqulu Berdiməhəmmədovun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük səyləri var" - deyə o bildirib.

Səfərinin ilk günündə o, Türkiyənin Aşqabaddakı səfirliyini və ortaq türkmən-türk məktəbini ziyarət edib.

Sabah Erenin Türkmənistanın Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə görüşlər keçirməsi planlaşdırılır.

Eyni zamanda, o, ölkənin qabaqcıl 5 ali təhsil müəssisəsini ziyarət edərək mədəni-humanitar əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparacaq.

"1992-ci ildən bəri dost və qardaş Türkmənistandan 3000-dən çox türkmən gəncin Türkiyədə təqaüdlə təhsil almasına şərait yaratmışıq. Hazırda Türkiyədə 29 minə yaxın türkmən tələbə təhsil alır"- deyə Eren bildirib.

Abdullah Eren əlavə edib ki, Türkiyə ilə Türkmənistan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün çalışırlar və hazırda 2,5 milyard dollar olan ikitərəfli ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılmasını planlayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice