Əsas səhifə » Hər il 260 min qadın həyatını itirir - ÜST

Hər il 260 min qadın həyatını itirir - ÜST

BAKI, AzerVoice

Hər iki dəqiqədə bir qadın hamiləlik və doğuş zamanı həyatını itirir

AzerVoice xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının və digər BMT qurumlarının 2023-cü il üzrə birgə hesabatına əsasən, hər iki dəqiqədə bir qadın hamiləlik və ya doğuşla bağlı fəsadlardan dünyasını dəyişir.

Bu, il ərzində təxminən 260 min qadının həyatını itirməsi deməkdir.

ÜST bildirir ki, 2000–2023-cü illər ərzində dünya üzrə ana ölümləri 40 faiz azalsa da, 2016-cı ildən etibarən bu irəliləyişin tempi xeyli zəifləyib. Hesabatda qeyd edilir ki, humanitar yardımın azalması və səhiyyə sistemlərinə edilən təzyiqlər bir çox ölkələrdə ana və uşaq sağlamlığına dair həyati əhəmiyyətli xidmətlərin zəifləməsinə səbəb olub.

Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus məsələ ilə bağlı, “Sadəcə tibbi xidmət deyil, qadın və qızların sağlamlıq və reproduktiv hüquqlarına çıxışı da təmin olunmalıdır. Bu hesabat bir tərəfdən ümid verir, digər tərəfdən isə bəzi bölgələrdə hamiləliyin nə qədər riskli olduğunu bir daha göstərir – halbuki əksər hallarda bu ölümlərin qarşısını almaq mümkündür” - deyə bildirib.

Qeyd edək ki, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, 2030-cu ilə qədər hər 100 min doğuşa görə ana ölüm sayının 70-dən aşağı salınması hədəflənir. Hesabat bu məqsədə çatmağın “misli görünməmiş çağırış” olduğunu vurğulayır və təcili addımların vacibliyini qeyd edir.

Digər Kateqoriyalar

2025 © Azervoice