BAKI, AzerVoice
Tehran, ABŞ prezidenti Donald Trampın məktubuna cavab göndərdikdən sonra heç bir danışıqlar aparmayıb.
AzerVoice xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz mövqeyimizi ifadə etdik. Diplomatiya və danışıqlar yoluna sadiqik, lakin yalnız dolayı danışıqlar formasında” - deyə, Əraqçi bildirib.
Əraqçinin bu açıqlaması, İranın ABŞ-la münasibətlərindəki gərginliyin davam etdiyini və birbaşa təmaslardan uzaq durduğunu göstərir.
Qeyd edək ki, bundan əvvəl İran parlamentinin sədr müavini Həmid-Rza Hacı Babayi bildirmişdi ki ABŞ və İran arasında danışıqların yeganə mövzusu İranın nüvə proqramı olacaq.
İranın xarici işlər naziri Abbas Əraqçi isə ABŞ ilə birbaşa danışıqları mənasız adlandırıb.
“Həmişə hərbi gücdən istifadə etməklə hədələyən, BMT Nizamnaməsinə zidd mövqe tutan və ziddiyyətli fikirlər bildirən bir tərəflə birbaşa danışıqların heç bir mənası yoxdur” - deyə, Əraqçi bildirib.
Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian ABŞ və İran arasında danışıqların yalnız bərabər əsasda aparılacağını bildirmişdi.