BAKI,AzerVoice
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Mərkəzi Asiya – Avropa İttifaqı” sammitində iştirak etmək üçün Özbəkistana səfər edəcək.
AzerVoice xəbər verir ki, Səmərqənddə Qazaxıstan Prezidenti “Mərkəzi Asiya – Avropa İttifaqı” sammitinin iclasında iştirak edəcək, həmçinin bir sıra görüşlər keçirəcəyi gözlənir.
Bildirilib ki, Tokayev Özbəkistana səfəri ölkə lideri Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçirir.
İlk “Mərkəzi Asiya – Aİ” sammiti Özbəkistanda 3-4 aprel tarixlərində baş tutacaq. Sammitdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, eləcə də Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan liderləri iştirak edəcəklər.
Bundan öncə Kasım-Jomart Tokayev Avropa İttifaqının beynəlxalq əməkdaşlıq üzrə komissarı Yozef Sikela ilə görüşüb. Həmin görüş zamanı Qazaxıstan Prezidenti Astananın Aİ ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.