Əsas səhifə » Özbəkistanda məsciddə partlayış baş verib

Özbəkistanda məsciddə partlayış baş verib

BAKI, AzerVoice

Özbəkistanın şərqində yerləşən Əndican vilayətindəki bir məsciddə partlayış baş verib.

AzerVoice xəbər verir ki, bu haqda Özbəkistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Əndican vilayətinin İzboskan rayonunda yerləşən Əhmədali Xoca məscidində dəstəmaz otağında qaz-hava qarışığı partlayıb.

İlkin məlumata görə, partlayış nəticəsində üç nəfər ölüb, on nəfər isə yaralanıb.
Partlayış nəticəsində binanın divarları və dam örtüyü zədələnib, lakin yanğın baş verməyib.

Hazırda hadisənin baş vermə şəraiti ilə bağlı ilkin araşdırma aparılır.

Digər Kateqoriyalar

2025 © Azervoice