Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart – Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı paylaşım edib.
AzerVoice xəbər verir ki,
səfirliyin sosial şəbəkə hesabındakı paylaşımda bildirilib:
"31 mart 1918-ci il tarixdə erməni daşnakların bolşeviklərlə
birgə azərbaycanlılara qarşı törətdiyi dəhşətli qətliamın
ildönümündə, faciə qurbanlarının xatirəsini dərin hüzn və hörmətlə
yad edir, onlara Allahdan rəhmət diləyirik".