Əsas səhifə » Ərdoğan ölkədə keçirilən nümayişlərin pərdəarxasını açıqladı

Ərdoğan ölkədə keçirilən nümayişlərin pərdəarxasını açıqladı

BAKI, AzerVoice

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, soz günlər Türkiyədə keçirilən nümayişlərin əsas məqsədinin qanunsuzluqları ört-bastır etmək olduğunu bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Ərdoğanın verdiyi açıqlamada deyilir.

"Ramazan ayının son 10 günündə baş verən hadisələr, əslində, oğurluq və qanunsuzluqları pərdələmə cəhdindən başqa bir şey deyil. Məhkəmə nümayəndələrimizi ailələri və uşaqları vasitəsilə təhdid etməklə təzyiq altına alma cəhdləri bu günə qədər heç bir nəticə verməyib", - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan, ölkəsində aparılan təxribatlara uymayan vətəndaşlarına təşəkkürlərini bildirib.

"Millətimiz dərin uzaqgörənliyi ilə qurulan tələləri görmüş, fitnəkarların oyunlarına gəlməmişdir. Bu münasibətlə, vəzifələrini böyük fədakarlıqla, səbir və soyuqqanlılıqla icra edən hüquq-mühafizə orqanlarımızı bir daha təbrik edirəm. Xüsusilə gənclərimiz başda olmaqla, marjinal təşkilatların təxribatlarına uymayan bütün vətəndaşlarıma təşəkkürlərimi bildirirəm. Rəbbim ölkəmizi hər cür bəladan, qarışıqlıqdan və gərginlikdən qorusun", - deyə Ərdoğan qeyd edib.

Bununla yanaşı, Ərdoğan bildirib ki, ölkə müxalifətinin daxili işlərinə qarışmayacaq.

"AK Partiya və Respublika İttifaqı olaraq biz öz gündəmimizə fokuslanırıq. Türkiyəni hədəflərinə ən qısa müddətdə çatdırmaq üçün var gücümüzlə çalışırıq və çalışacağıq. Bizi öz bataqlıqlarına çəkmək istəyənlərin tələlərinə düşməyəcək, müxalifətin daxili çəkişmələrinə heç bir halda qarışmayacağıq", - deyə o bildirib.

Son olaraq Ərdoğan, türk xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

Həmçinin oxuyun:

Fəlakətə aparan təxribatlara uymayacağıq - Ərdoğan

Türkiyə iqtisadiyyatına və xalqın sabitliyinə qarşı hər cür təxribat hüquq qarşısında cavabını alacaq - Ərdoğan

Digər Kateqoriyalar

2025 © Azervoice