Əsas səhifə » Tramp ikinci dəfə İrana xəbərdarlıq edib

Tramp ikinci dəfə İrana xəbərdarlıq edib

BAKI, AzerVoice

Əgər Tehran nüvə proqramı ilə bağlı razılaşma əldə etməkdən imtina etsə, indiyədək heç vaxt görmədiyi bombardmanlarla qarşılaşacaq.

AzerVoice xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donal Tramp NBC News kanalına verdiyi müsahibədə deyib.

Xatırladaq ki, bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian bildirimişdi ki, İran rəhbərliyi Trampa cavab məktubunda nüvə proqramı ilə bağlı birbaşa danışıqlardan imtina edib. Lakin Tehran, bu mövzu üzrə vasitəçilər vasitəsilə dialoqu davam etdirməyə hazır olduğunu bildirib.

Fevralın 23-də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz bəyan etmişdi ki, Vaşinqton İranın nüvə proqramına qarşı bütün mümkün variantları nəzərdən keçirir. Daha sonra Tramp da bildirib ki, Tehranın nüvə silahı hazırlamasını ya hərbi yolla, ya da danışıqlar yolu ilə dayandırmaq mümkündür. O əlavə edib ki, bombardmanlara ehtiyac qalmadan İranla bir razılaşma əldə etməyə üstünlük verir.

Digər Kateqoriyalar

2025 © Azervoice