Əsas səhifə » HƏMAS-dan Netanyahuya cavab: Sonuna qədər döyüşəcəyik

HƏMAS-dan Netanyahuya cavab: Sonuna qədər döyüşəcəyik

BAKI, AzerVoice

HƏMAS, İsrail baş naziri Benyamin Netanyahunun hərakatın özünü ləğv etməsi barədə çağırışına cavab olaraq İsrailə qarşı mübarizəni davam edəcəyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın verdiyi açıqlamada deyilir.

Açıqlamada, HƏMAS qələbə və azadlıq yolunda, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətini qurmağı vəd edib.

HƏMAS həmçinin, beynəlxalq ictimaiyyatin İsrailin hərbi zorakılığına olan susqunluğuna da diqqət çəkib.

"Bu il Fitr bayramı xalqımız tərəfindən sionist vəhşiliyinə, qətl və dağıntılara qarşı mübarizə apararaq keçirilir. Bu isə beynəlxalq ictimaiyyətin utancverici susqunluğu və işğalı dəstəkləyən ABŞ-ın dəstəyi fonunda baş verir", - deyə açıqlamada qeyd olunub.

HƏMAS , həmçinin, ərəb və İslam dünyasını Qəzzaya dəstəyin artırılmasına çağırıb.

Xatırladaq ki, bundan əvvəl, İsrail Baş naziri Benjamin Netanyahu, HƏMAS-ın Qəzzadan çıxarılmasına icazə veriləcəyini bildirib.

Qəzza sakinləri Trampın planına əməl etməlidir - Netanyahu

Digər Kateqoriyalar

2025 © Azervoice