22
BAKI, AzerVoice
Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib.
Bu barədə AzerVoice-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınmışdır.
Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.