Əsas səhifə » İsrail vasitəçi ölkələrin atəşkəslə bağlı təklifini qəbul etdi

İsrail vasitəçi ölkələrin atəşkəslə bağlı təklifini qəbul etdi

BAKI, AzerVoice

İsrail, Qəzzadakı atəşkəs və əsir mübadiləsi müzakirələri ilə bağlı vasitəçilərdən gələn yeni təklifi qəbul edib.

AzerVoice xəbər verir ki, bu barədə İstail baş nazirinin ofisinin verdiyi açıqlamada deyilir.

Açıqlamada bildirilib ki, İsrail vasitəçilərin atəşkəs təklifini qəbul edib və ABŞ ilə koordinasiyalı şəkildə əks təklif təqdim edib. HƏMAS da həmçinin vasitəçilərin bu təklifini qəbul edib.

İsrail Baş Naziri Binyamin Netanyahu, təqdim edilən yeni atəşkəs və əsir mübadiləsi təklifini qiymətləndirmək üçün müşavirə keçirib.

Vasitəçilərin atəşkəs təklifinin məzmunu və İsrailin əks təklifi ilə bağlı hələ ki məlumat verilməyib.

HƏMAS isə atəşkəsin bərpası və uzunmüddətli atəşkəs üçün danışıqların başlaması müqabilində beş israilli məhbusu azad etməyə razılaşıb.

İsrail rəsmisi sabah Fələstində başlayacaq Fitr bayramı üçün vasitəçi ölkələrin təqdim etdiyi təkliflə bağlı razılığa gəlməyin mümkün olmayacağını iddia edib.

HƏMAS-ın qəbul etdiyi təklifə əsasən, atəşkəs Fitr bayramının ilk günündən aprelin 19-da başa çatacaq Pasxa bayramına qədər davam edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice