Əsas səhifə » Əs-Sədr seçkilərdə iştirak etməyəcək – Korrupsiyaya etiraz, yoxsa strateji gediş?

Əs-Sədr seçkilərdə iştirak etməyəcək – Korrupsiyaya etiraz, yoxsa strateji gediş?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Şiə lideri Müqtəda əs-Sədr cümə axşamı açıqlamasında növbəti parlament seçkilərində iştirak etməyəcəyini bildirib. O, bu qərarını ölkədəki korrupsiyanın geniş yayılması ilə əsaslandırıb. Lakin müşahidəçilər bildirirlər ki, Sədrin əvvəllər hökumətin qurulmasından çəkilməsi və bu dəfə də noyabrda keçirilməsi planlaşdırılan seçkiləri korrupsiya bəhanəsi ilə boykot etməsi, əslində, korrupsionerlərin maraqlarına xidmət edir.

Əs-Sədrin korrupsiyaya cavab vermək əvəzinə bu mübarizədən qaçması, özünü təmizə çıxarmağa çalışaraq xalq qarşısında yalnız şəffaf imic yaratmaq istəməsi suallar doğurur: Onun siyasi səhnədəki məqsədi nədir? Niyə tez-tez çəkilir və geri qayıdır? Bu isə onun siyasətdə məsuliyyət daşımadan qalmaq istədiyini göstərir.

Əgər əs-Sədr seçkilərdə iştirak edərsə və hakimiyyətə gələrsə, bu, korrupsionerlərin dövlət qurumlarından uzaqlaşması ilə nəticələnə bilər. Lakin bu addım, daha doğrusu isyasətdən geri çəkilmək Sədrin siyasi hərəkatı üçün də ciddi problemdir.

Seçkilərin keçirilməsinə hələ aylar qalmış Sədrin bu qədər erkən geri çəkildiyini elan etməsi, onun rəqiblərinə – əsasən, Sədrin əsas sosial bazasını təşkil edən yoxsul və cəmiyyətdə kənarda qalan təbəqələri cəlb etmək imkanı yaradır.
Siyasi ekspert Mücaşəə Təmmimi bildirib ki, artan daxili və xarici təzyiqlər Sədrin müvəqqəti olaraq siyasi səhnədən çəkilməsinə səbəb ola bilər.

Müşahidəçilər vurğulayırlar ki, əgər əs-Sədr sadəcə bir fərd olsaydı, bu geri çəkilməyə çox da əhəmiyyət verilməzdi. Lakin o, böyük və təsirli bir hərəkatın başçısı olduğu üçün onun çəkilməsi, korrupsiyada ittiham etdiyi qruplara dövlət institutlarına nəzarət üçün açıq qapı qoyur. Halbuki o, bu qruplarla üz-üzə dayanmalı, İraqın problemlərinə həll yolları təklif etməli və xalqın dəyişikliyə olan tələbatına cavab verməlidir.

Əgər bu qərar rəsmi şəkildə təsdiqlənərsə, əs-Sədrin seçkiləri boykot etməsi, rəqibi Nuri əl-Maliki və “Koordinasiya Çərçivəsi” üçün böyük bir fürsət olacaq. Bu da onların seçkilərdə qalib gəlməsi və hökumətə nəzarəti davam etdirməsi, özlərinə uyğun baş nazir təyin etmələrinə şərait yaradacaq.

Əs-Sədrin seçkiləri boykot etmə qərarının qəti olub-olmadığı isə hələ bəlli deyil. O, 2021-ci ildə də seçkilərdən geri çəkildiyini elan etsə də, sonda iştirak etmiş və birinci yerə çıxmışdı. Daha sonra isə hökumətin formalaşmasından imtina etmişdi.

Sədrin son açıqlamaları, onun bu qərarı İranın nüfuzu ilə bağlı narazılıqdan qaynaqlandığını göstərsə də, əslində, bu qərar İranın maraqlarına xidmət edir.
İraq ‘dərin dövlətin’ və xarici güclərin nəzarəti altında son nəfəsini yaşayır. Bu isə İranın təsirinə açıq bir işarədir.


“Korrupsiya olduğu müddətdə heç bir seçki prosesində iştirak etməyəcəyəm. Bu proses yalnız məzhəb və partiya maraqlarını güdür və xalqın əzablarına, bölgədə baş verən fəlakətlərə göz yumur. İraq və xalqı bu fəlakətlərə könüllü daxil edilməyib.”-deyə Sədr bəyanatında bildirib.

Sədrin bu qərarı, ABŞ sanksiyaları və ya İsrailin hərbi reaksiyası ehtimalı ilə qarşılaşdığı bir vaxtda, İraqda artan gərginlik fonunda edilib.

Əs-Sədr tərəfdarlarına seçkiləri boykot etməyi açıq şəkildə əmr edib və deyib: “Sədrçilərdən seçkilərdə iştirak etməyi necə istəmişdimsə, bu gün onlardan seçkiyə qatılmamağı və namizəd olmamağı tələb edirəm. Seçkidə iştirak günahda şəriklik olar. Biz İraqı sevirik və onu canımız bahasına qoruyacağıq.Korrupsionerlərin və keçmiş rejim qalıqlarının iştirak etdiyi bir seçkidən nə gözləmək olar? İraq son nəfəsini verir, bütün strukturlar xarici güclərin və ‘dərin dövlətin’ nəzarətindədir.”

Müşahidəçilər hesab edirlər ki, Sədrin bu qərarı İraqdakı siyasi sistemə olan böyük inamsızlığı göstərir. İllərlə verilən islahat və korrupsiya ilə mübarizə vədlərinə baxmayaraq, İraqda istər şiə, istər sünni, istərsə də kürd siyasi partiyaların əksəriyyəti xalqın tələblərini yerinə yetirə bilməyib. Hətta bir çoxları korrupsiya ilə əlaqələndirilir və İran kimi xarici ölkələrlə sıx münasibətlərə malikdir. Bu isə İraqın müstəqil qərar vermə qabiliyyətini zəiflədir.

Əs-Sədr, dəfələrlə siyasi sistemin islah edilməsinin və İraq xalqının həqiqi təmsilçiliyinin zəruri olduğunu vurğulayıb. Lakin siyasi güclərin reaksiyası ya susqunluq olub, ya da səthi vədlərlə keçişdirilib.

Son aylarda Sədrin siyasi arenaya qayıdacağı, xüsusilə də tərəfdarlarını seçici məlumatlarını yeniləməyə çağırmasından sonra gözlənilirdi. Bir çox siyasi bloklar nümayəndələrini Nəcəfə göndərərək, əs-Sədrin seçkilərə qatılıb-qatılmayacağını öyrənməyə çalışıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice