BAKI,AzerVoice
Qvineyanın paytaxtı Konakridə Albayrak Qrupu tərəfindən inşa edilən
Rəcəb Tayyib Ərdoğan Məscidinin açılışı olub.
AzerVoice xəbər verir ki,
Osmanlı-Səlcuq memarlıq üslubunda tikilən və ümumi dəyəri 7 milyon
dollar olan məscidin açılış mərasimində Prezident Rəcəb Tayyib
Ərdoğan canlı yayımla iştirak edib.
Dolmabahçədən bağlanaraq mərasimdə çıxış edən Ərdoğan, bu
məscidin yalnız dini ibadət yeri deyil, həm də Türkiyə-Qvineya
qardaşlığının rəmzi olduğunu vurğulayıb. O, məscidin
layihələndirilməsində və tikintisində əməyi olan hər kəsə, xüsusilə
Albayrak Qrupuna təşəkkür edib.
Albayrak İdarə Heyətinin sədri Ahmet Albayrak isə çıxışında
məscidin Konakrinin şəhər toxumasına xüsusi bir dəyər qatdığını
bildirib.
Qeyd edək ki, 3200 kvadratmetr ərazidə tikilən məscid 2100 nəfərlik tutuma malikdir. Osmanlı memarlığının xüsusiyyətlərini özündə əks etdirən tikili dekorativ elementləri ilə Türk-İslam mədəniyyətini əks etdirir. Məscidin 42 metr hündürlüyündə iki minarəsi, 19 metr diametrində əsas günbəzi və xüsusi dizaynlı interyer elementləri var. İçəridə və çöldə təhlükəsizlik sistemləri quraşdırılıb, gecə işıqlandırması isə monumental effekt yaratmaq üçün xüsusi olaraq dizayn edilib.