Əsas səhifə » Qabar dağında gündəlik neft istehsalı 80 min bareli keçib - Bayraktar

Qabar dağında gündəlik neft istehsalı 80 min bareli keçib - Bayraktar

BAKI, AzerVoice

Türkiyənin Şırnak vilayətində yerləşən Qabar dağında gündəlik neft istehsalı 80 min bareli keçib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktarın verdiyi açıqlamada deyilir.

"Çox qısa bir müddətdə burada, bu gün etibarilə günlük 80 min bareli aşan bir istehsala çatmışıq. 99 quyuda bu istehsal rəqəmini əldə etdik", - deyə o bildirib.

Bayraktar həmçinin bildriib ki, təbii qaz və neft axtarışında 2016-cı ildən sonra başlayan yeni dövrdə həm Sakarya Qaz platformasında, həm də Qabar platformasında istehsal edilən neftlə Türkiyə, xarici asılılığını azaltmaq mövzusunda böyük bir qətiyyətlə irəliləyir.

"Qabar yatağı, hazırda istehsalımızın illik olaraq bizə təxminən 2,3 milyard dollar dəyərində iqtisadi böyüklük, qazanc təmin etməsi deməkdir. Buna görə də, Qabar platforması iqtisadi baxımdan çox böyük bir layihədir. Bununla yanaşı, sosial baxımdan da çox mühüm bir layihədir", - deyə Bayraktar qeyd edib.

Türk Neft Şirkətinin (TPAO) Baş Direktoru Ahmet Türkoğlu və TPAO Şırnak Bölgə Müdiri Mehmet Oğuz Şahin-dən brifinq alan Bayraktar, sahədə yoxlama işləri aparıb.

Digər Kateqoriyalar

2025 © Azervoice