Əsas səhifə » Ərdoğan və Putin ölkələrarası əməkdaşlığı müzakirə edib

Ərdoğan və Putin ölkələrarası əməkdaşlığı müzakirə edib

BAKI, AzerVoice

Prezident Ərdoğan və Rusiya Prezidenti Putin telefon danışığı aparıblar.

AzerVoice xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə telefon görüşündə, Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edib.

Ərdoğan, Ukrayna ilə Rusiya arasındakı müharibənin sona çatdırılması üçün Türkiyənin səylərini davam etdirdiyini və sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib. Eyni zamanda, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi və Suriyada davamlı sülhün təmin edilməsi üçün Türkiyənin Rusiya ilə əməkdaşlıq etməyə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, bu görüşdə Suriyanın ərazi bütövlüyü və terror təşkilatlarına qarşı mübarizənin də önəmli mövzu olduğu bildirilmişdir.

Digər Kateqoriyalar

2025 © Azervoice