Bakı, AzerVoice
Dünya aviasiya tarixində bir ilkə imza ataraq qısa uçuş-enmə zolağına malik bir gəmidən qalxıb-enə bilən ilk pilotsuz uçuş aparatı (SİHA) olan Bayraktar TB3, fərqli ssenarilərə uyğun olaraq həyata keçirdiyi İHA-122 supersonik Raket sınaqlarını uğurla davam etdirir.
AzerVoice xəbər verir ki, bu barədə Baykar şirkəti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Muğlanın Dalaman bölgəsindən havaya qalxan Bayraktar TB3, Roketsan tərəfindən hazırlanan İHA-122 supersonik raketlə etdiyi ikinci sınaq atışını uğurla başa vurub. Bu dəfə görüş xətti altından atəş edən pilotsuz uçuş aparatı, dəniz səthində yerləşən hədəfi tam dəqiqliklə vurub.
Qeyd edək ki, bundan əvvəl Bayraktar TB3 eyni raketlə keçirdiyi ilk atış sınağında 50 kilometrdən çox məsafədən dənizdəki hədəfi dəqiqliklə vurmuşdu.
Məlumat üçün bildirək ki, Baykar 2023-cü ildə 1,8 milyard dollarlıq ixrac reallaşdıraraq Türkiyədə müdafiə sənayesində lider olub. Hal-hazırda Bayraktar TB2 üçün 34, Bayraktar AKINCI üçün isə 11 ölkə ilə ixrac müqaviləsi imzalanıb.