Əsas səhifə » NATO baş katibi Rusiyaya xəbərdarlıq edib

NATO baş katibi Rusiyaya xəbərdarlıq edib

Bakı, AzerVoice

Əgər kimsə səhv hesablamaya qapılaraq Polşaya və ya başqa bir NATO üzvü dövlətə hücum edə biləcəyini düşünürsə, NATO bütün gücü ilə cavab verəcək. Bu, Rusiya prezidenti Vladimir Putin və bizə hücum etməyi planlaşdıran hər kəsə aiddir.

AzerVoice xəbər verir ki, bu sözləri NATO Baş katibi Mark Rutte Varşavada Polşanın Baş naziri Donald Tusk ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Rutte həmçinin Rusiyanın NATO üçün birbaşa təhlükə olaraq qalmağa davam etdiyini, Rusiyanın artıq müharibə iqtisadiyyatına keçdiyini qeyd edib.

Bununla yanaşı, Rutte, Alyans daxilində müdafiə xərclərinin artırılması istiqamətində müsbət dinamikanın olduğunu vurğulayıb.

Polşanın Baş naziri Donald Tusk isə çıxışında Polşa və NATO-nun hər ssenariyə hazır olduqlarını bildirib.

"Polşa və NATO olaraq hər cür ssenariyə hazırıq. Polşa Avropanın və NATO-nun təhlükəsizliyi üçün əsas şərtdir. Avropa İttifaqının şərq sərhədini qorumaq məsuliyyətini tam şəkildə üzərimizə götürmüşük"

Digər Kateqoriyalar

2025 © Azervoice