Əsas səhifə » İsrail Qəzzaya hücumları başladandan bəri 140 mindən çox insan yerindən edilib - BMT

İsrail Qəzzaya hücumları başladandan bəri 140 mindən çox insan yerindən edilib - BMT

Bakı, AzerVoice

Qəzzada hər şey sona yaxınlaşır – zaman, həyat, ehtiyatlar – hər şey tükənir.

AzerVoice xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Düjarrik mətbuat konfransında verdiyi açıqlamada deyib.

O bildirib ki, İsrailin Qəzzaya etdiyi hava hücumları və təxliyə göstərişləri, o cümlədən humanitar yardımların girişinə mane olması vəziyyəti daha da pisləşdirir.

O həmçinin qeyd edib ki, İsrailin Qəzzaya hücumlarını yenidən başlatmasının ardından 142 min insanın yerindən edilib və verilən təxliyə əmrləri Qəzza zolağının təxminən 17 faizini əhatə edir.

Düjarrik, eyni zamanda İsrailin BMT-nin humanitar yardım fəaliyyətlərinə də davamlı maneələr yaratdığını bildirib.

Qeyd edək ki, yanvarın 19-da qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu martın 18-də Qəzza zolağına yenidən şiddətli hücumlara başladı. Bu hücumlarda əksəriyyəti qadın, yaşlı və uşaq olmaqla 830-dan çox fələstinli həlak olub, 1663 nəfər yaralanıb.

2023-cü ilin 7 oktyabrından bəri Qəzzaya edilən hücumlarda ölən fələstinlilərin ümumi sayı 50 min 183 nəfərə, yaralıların sayı isə 113 min 828 nəfərə çatıb.

Digər Kateqoriyalar

2025 © Azervoice