Bakı, AzerVoice
Türkiyə oyuncaq deyil, qaranlıq oyunlara aldanmayacaq.
AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə Milliyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçelinin X platformasında verdiyi açıqlamada yer alıb.
Bahçeli Türkiyədə baş verən son hadisələrlə bağlı təxribatçılara sərt reaksiya verib.
"Türkiyə CHP-nin etdiyi çoxşaxəli təxribat və vandallıq dalğasını dəf etməyə qadirdir. Xarici kəşfiyyat təşkilatlarının kuklasına çevrilib küçələrə axışanların, ölkənin daxili asayiş və əmin-amanlığını pozanlar mütləq cəzalandırılmalıdır", - deyə Bahçeli bildirib.
Bahçeli həmçinin müxalifəti də sərt şəkildə tənqid edib.
"Vandalizmi demokratiya adlandıracaq qədər həqiqətlərdən qopmuş, millətinə və dövlətinə yadlaşmış, bir müxalifət anlayışı ilə qarşı-qarşıyayıq", - deyə Bahçeli qeyd edib.