Əsas səhifə » Bayraktar TB3-dən tarixdə ilk- Səsdən sürətli raketlə dəqiq zərbə

Bayraktar TB3-dən tarixdə ilk- Səsdən sürətli raketlə dəqiq zərbə

BAKI, AzerVoice

Bayraktar TB3 SİHA İHA-122 supersonik raketi ilə ilk dəfə sınaqdan keçdi və hədəfi uğurla vurdu.

AzerVoice xəbər verir ki, Baykar tərəfindən hazırlanan milli pilotsuz uçuş aparatı Bayraktar TB3, ROKETSAN istehsalı olan İHA-122 supersonik raketi ilə həyata keçirilən ilk atış testində 50 kilometrdən çox məsafədən dənizdəki hədəfi dəqiqliklə vurub.

Test çərçivəsində Bayraktar TB2 SİHA lazer işarələmə vəzifəsini icra edərək hədəfi işarələyib və TB3 tərəfindən məhv edilib. Bununla da, iki SİHA-nın koordinasiyalı döyüş qabiliyyəti uğurla nümayiş etdirilib. Testlərin davamı olaraq Bayraktar TB3-ün döyüş sursatı və faydalı yük inteqrasiya sınaqları davam etdiriləcək.

Qeyd edək ki, Bayraktar TB3 2024-cü ilin noyabrında TCG Anadolu gəmisinin qısa uçuş-enmə zolağından havaya qalxan ilk PUA olub. Baykar şirkəti 2023-cü ildə 1,8 milyard dollarlıq ixrac həyata keçirərək qlobal pilotsuz uçuş aparatı bazarında lider mövqeyini qoruyub.

Digər Kateqoriyalar

2025 © Azervoice