Əsas səhifə » ABŞ Suriyaya sansksiyaların qaldırılması üçün şərtlər təqdim edib

ABŞ Suriyaya sansksiyaların qaldırılması üçün şərtlər təqdim edib

Bakı, AzerVoice

ABŞ, Suriyanın iqtisadi bərpasını dəstəkləmək məqsədilə sanksiyaların qismən aradan qaldırılması üçün bir sıra şərtlər təqdim edib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat verib.

ABŞ-ın Suriyaya təqdim etdiyi əsas şərtlər bunlardır:

  • Suriyada mövcud olan bütün kimyəvi silah ehtiyatları məhv edilməlidir
  • Terrorizmə qarşı mübarizədə əməkdaşlıq genişləndirilməlidir
  • Hökumətin rəhbər strukturlarında əcnəbilər istisna edilməlidir
  • ABŞ vətəndaşlarından itkin düşənlərin axtarılmasına yardım göstərilməlidir

ABŞ bu şərtlər qarşılığında Suriyaya qarşı sanksiyaların yumşaldılmasını təklif etsə də, bu tədbirlərin miqyası və müddəti ilə bağlı dəqiq məlumat verilməyib.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı (Aİ) Suriya üçün energetika və nəqliyyat sahələrində tətbiq olunan sanksiyaları dayandırıb. Brüssel dörd Suriya bankını qara siyahıdan çıxarıb, Syrian Airlines aviaşirkətinə qarşı məhdudiyyətləri ləğv edib və ölkənin Mərkəzi Bankına vəsaitlərin ayrılmasına icazə verib.

Digər Kateqoriyalar

2025 © Azervoice