Əsas səhifə » Suriyada sabiq rejimin general-mayoru həbs edilib

Suriyada sabiq rejimin general-mayoru həbs edilib

Bakı, AzerVoice

Suriyada təhlükəsizlik qüvvələri, sabiq prezident Bəşşar Əsədin qardaşı Mahir Əsədin yaxın dostu olan və İran İnqilab Keşikçiləri ilə Suriya rejimi zabitləri arasında vasitəçi kimi fəaliyyət göstərən general-mayor Əbdülkərim Əhməd Hamada həbs edilib.

AzerVoice xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat verib.

“Deyr əz-Zor vilayətinin Ümumi Təhlükəsizlik İdarəsi, Mahir Əsədin yaxın dostu olan cinayətkar general-mayor Əbdülkərim Əhməd əl-Hamadanı həbs etdi”,- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Əsəd rejimi dövründə "barışıq sənədləri”nin rəhbəri olan Hamada, İran İnqilab Keşikçiləri Qvardiyası ilə Suriya rejiminin zabitləri arasında əlaqələndirici şəxs kimi fəaliyyət göstərib.

Suriyada təhlükəsizlik qüvvələri, devrilmiş Əsəd rejiminə bağlı və cinayətlərə bulaşmış zabitlərə qarşı axtarış əməliyyatlarını davam etdirir.

Digər Kateqoriyalar

2025 © Azervoice