Əsas səhifə » Türkiyədə altı mərtəbəli bina çöküb

Türkiyədə altı mərtəbəli bina çöküb

Bakı, AzerVoice

Türkiyənin Konya şəhərində altı mərtəbəli bina çöküb.

AzerVoice xəbər verir ki, hadisə Konyanın Selçuklu rayonunda, Musalla Bağları Məhəlləsində baş verib.

Hadisə yerinə çox saylı Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD), 112 Təcili Tibbi Yardım və polis qrupları göndərilib.

Binanın yıxılma təhlükəsi olduğu üçün əvvəlcədən boşaldıldığı bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice