Bakı, AzerVoice
İstanbul məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyə Sədri Əkrəm İmamoğlu barəsində həbs qərarı verib.
AzerVoice xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən başlanan terror və korrupsiya istintaqı çərçivəsində saxlanılan, aralarında İstanbul Böyükşəhər Bələdiyyə Sədri Əkrəm İmamoğlunun da olduğu 90 nəfərin prokurorluq ifadələri başa çatıb.
İmamoğluna qarşı aparılan istintaq çərçivəsində İmamoğlunun terror ittihamına dair verdiyi ifadə ortaya çıxıb.
İmamoğluna "Terror təşkilatlarında aktiv fəaliyyət göstərən bir qohumunuz və ya yaxınınız varmı?" sualı verildikdə, o belə cavab verib:
“Mən Türkiyə dövlətinə və millətinə aşiq biriyəm. Elə bir ailədə doğulub böyümüşəm. Heç kimlə vətən sevgisi mövzusunda yarışmaram. Çünki hər bir vətəndaşı vətənpərvər olaraq qəbul edirəm. Amma mənə görə, millətini, vətənini və bayrağını məndən çox sevən yoxdur. Bu sualın əxlaqsız və qəsdli olduğunu düşünürəm.”