42
Bakı, AzerVoice
Husilərin İsrailə atdığı balistik raket Səudiyyə Ərəbistanı ərazisinə düşüb.
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
İsrail ordusu raketin aşkar edildiyini, lakin hər hansı bir təhdid yaratmadığı üçün sirenlərin işə düşmədiyini bildirib.
Qeyd edək ki, daha öncə Yəməndə İran tərəfindən dəstəklənən husilər İsrailin Təl-Əviv şəhərinin cənubundakı hərbi hədəfə hipersəs ballistik raketlə zərbə endirdiklərini və əməliyyatın uğurla başa çatdığını bəyan etmişdilər.