Əsas səhifə » Nigerdə məsciddə terror aktı baş verib

Nigerdə məsciddə terror aktı baş verib

Bakı, AzerVoice

Nigerin cənub-qərbində bir məscidə hücum edilib.

AzerVoice xəbər verir ki, bu haqda Nigerin daxili işlər naziri Məhəmməd Tumba məlumat verib.

Belə ki, Nigerin Kokoru vilayətinin Fonbita kəndində bir məscidə edilən hücum nəticəsində
ən azı 44 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hücum səbəbilə ölkədə üç günlük matəm elan edilib.

Tumba, hücumun İŞİD-lə əlaqəli terror təşkilatları tərəfindən həyata keçirildiyini qeyd edib.

Qeyd edək ki, Afrikanın Sahel bölgəsində yerləşən Burkina Faso, Mali və Niger son illərdə Əl-Qaidə ilə əlaqəli qrupların və İŞİD-in hücumlarına məruz qalır.

Digər Kateqoriyalar

2025 © Azervoice