Əsas səhifə » ABŞ Türkiyəyə F-35 satışını nəzərdən keçirir

ABŞ Türkiyəyə F-35 satışını nəzərdən keçirir

BAKI, AzerVoice

ABŞ mətbuatı, prezident Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən sonra Ankaraya F-35 döyüş təyyarələrinin satışına yenidən açıq olduğunu yazıb.

AzerVoice xəbər verir ki ,Tramp administrasiyası Türkiyənin S-400-lərlə bağlı yeni bir razılığa gələcəyi təqdirdə F-35 proqramına yenidən daxil olmasına müsbət yanaşa bilər.

Trampın, komandası ilə "Türkiyənin CAATSA sanksiyalarından necə qaça biləcəyi" barədə araşdırma aparılması üçün göstəriş verdiyi bildirilir. Ankara və Vaşinqton arasında mümkün kompromis, Türkiyənin Rusiyadan aldığı S-400 hava müdafiə sistemlərini qeyri-aktiv hala gətirməsi ola bilər.

Bu vəziyyətdə Türkiyənin 5-ci nəsil F-35 döyüş təyyarələrini yenidən alması üçün yollar açılacaq.

Bu arada, ABŞ prezidenti Donald Tramp, dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsi olacaq F-47-nin istehsalına başlanacağını açıqlayıb.

Boeing şirkəti tərəfindən istehsal ediləcək yeni nəsil qırıcı, indiyə qədər ən inkişaf etmiş, ən çevik və ən ölümcül döyüş təyyarəsi olacaq. Tramp əlavə edib ki, F-47-nin eksperimental versiyası son 5 ildir gizli şəkildə sınaqdan keçirilir.

F-35 proqramından çıxarılan Türkiyə, yerli TF-X (KAAN) döyüş təyyarəsi layihəsini inkişaf etdirməyə davam edir. Bununla belə, Vaşinqtondan gələn yeni siqnallar, iki ölkə arasında hərbi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice