Əsas səhifə » İsrail ordusundan fələstinlilərə yeni təxliyə əmri

İsrail ordusundan fələstinlilərə yeni təxliyə əmri

Bakı, AzerVoice

İsrail ordusu, Qəzza zolağının şimalında yaşayan fələstinlilərin cənuba zorla köçürülməsinə dair yeni bir təxliyə əmri yayımlayıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrainin verdiyi açıqlamada deyilir.

Açıqlamada ordunun sözçüsü, fələstinlilərin Qəzzanın şimalında yerləşən Əs-Salatin, Əl-Kəramə və Əl-Əvda məhəllələrini tərk edib cənub bölgələrinə getmələrini tələb edib.

Ordu sözçüsünün sosial şəbəkədə etdiyi paylaşımda, həmçinin, yeni təxliyə xəritəsi də yer alıb.

Bu qərar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub.

İsrail ordusu daha əvvəl, 7 oktyabr 2023-cü ildə başlayan və 19 yanvar 2025-ci ilədək davam edən hücumlar zamanı da fələstinlilərin məcburi köçü ilə bağlı təlimatlar və xəritələr yaymışdı.

BMT-nin məlumatına görə, İsrailin hücumları nəticəsində Qəzzadaki 2,3 milyon fələstinlinin 90 faizi ən az bir dəfə yerindən didərgin salınıb. Bu, son illərdə bölgədə yaşanan ən genişmiqyaslı məcburi əhali köçlərindən biri kimi qiymətləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice