Əsas səhifə » Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan hərbi qulluqçularının ölümü ilə əlaqədar başsağlığı verib

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan hərbi qulluqçularının ölümü ilə əlaqədar başsağlığı verib

Bakı, AzerVoice

Türkiyənin Bakıdakı səfirliyi, Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olan Azərbaycan hərbi qulluqçuları ilə əlaqədar başsağlığı verib.

AzerVoice-in məlumatına görə, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.

“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.

Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, – mətndə qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice