Əsas səhifə » Egey dənizində 4,2 bal gücündə zəlzələ qeydə alınıb

Egey dənizində 4,2 bal gücündə zəlzələ qeydə alınıb

BAKI,AzerVoice

Egey dənizində 4,2 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) zəlzələnin episentrinin Egey dənizində olduğunu və onun 7 kilometr dərinlikdə qeydə alındığını bildirib.

Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, Egey dənizi seysmik baxımdan aktiv bölgələrdən biridir və burada tez-tez yeraltı təkanlar qeydə alınır.

Digər Kateqoriyalar

2025 © Azervoice