Əsas səhifə » Satsuma Üsyanı: Samuray Dövrünün Son Döyüşləri

Satsuma Üsyanı: Samuray Dövrünün Son Döyüşləri

BAKI,AzerVoice

Əsrlər boyu, samuraylar Yapon cəmiyyətində nüfuzlu bir mövqeyə sahib idilər. 12-ci əsrdə meydana gələn samuraylar hərbi elit təbəqə olaraq tanınırdılar. Samuraylar adətən döyüşdə məşhur olan katanalardan istifadə edirdilər.

Onların mövqeyi Meiji dövrünə qədər güclü olaraq davam etdi, bu dövr isə Yaponiyanın böyük islahatlar yaşadığı bir zaman idi. Bəzi insanlar bu dəyişiklikləri dəstəkləsə də, bəziləri onlara qarşı idi. Samuraylar da bu islahatlar əleyhinə idilər və artan narazılıqdan faydalanaraq, Meiji İmperia Ordusuna qarşı Satsuma Üsyanını təşkil etdilər.

1877-ci ildə baş verən Satsuma Üsyanı, Yaponiyada böyük bir münaqişə idi və samurayların Meiji hökumətinin sürətli modernləşməsinə qarşı son böyük üsyanını hesab edilirdi.

Üsyan, Meiji Bərpa Hərəkatının gətirdiyi islahatlarla narazı olan keçmiş samurayların qəzəbinin nəticəsi olaraq yaranmışdı. Bu islahatlar arasında samurayların imtiyazlı statusunun ləğv edilməsi, onların aylıqlarının (maaşlarının) kəsilməsi və əsgərlik xidmətinin tətbiqi ilə bağlı çox mübahisəli qərarın alınması var idi ki, bu da onların Yaponiyanın döyüşçü sinfi olaraq ənənəvi rolunu zəiflətdi.

Üsyanın rəhbəri Saigo Takamori, əvvəlki İmperia Ordunun liderlərindən biri və Boshin Müharibəsində iştirak etmiş bir şəxs idi. O, eyni zamanda mühüm fiqurlardan biri idi və bu dövrün üç şöhrətli insanlarında biri kimi tanınırdı. Digər iki şəxs isə, digər iki böyük fiqur Okubo ToshimichiKido Takayoshi idi.

Başlanğıcda modernləşməni dəstəkləyən Saigo, samurayların kənara atılması və dəyişikliklərin sürətindən məyus olmuşdu.

Üsyan, 1877-ci ilin yanvar ayında başladı, Saigo və onun tərəfdarları, sonradan təxminən 20,000 nəfərə çatan, Kaqoşima bazasından Kumamoto Qalasına doğru yürüş etdilər. Məqsədləri dəstək qazanmaq və böyük bir üsyan başlatmaq idi. Təxminən iki ay sonra, Saigo və onun adamları məğlub oldular, amma bu, onların ruhunu sındırmadı və yenidən imperia qüvvələrinə qarşı Tabaruzaka döyüşünü başladılar.

3-20 mart tarixlərində baş verən bu döyüşdə Saigonun qüvvələri 15,000 dən qarşı 90,000 nəfərə çatdı.

Şiroyama Döyüşü, 24 sentyabr 1877-ci ildə baş verdi və Satsuma Üsyanının son döyüşü oldu. Üçüncü və son dəfə, Saigo Takamorinin samurayları, Meiji hökumətinin modernləşmə cəhdlərini dəstəkləyən təcrübəli hərbi strateq Gensui Şahzadəsi Yamagata Aritomonun rəhbərlik etdiyi İmperia Ordusu ilə üzləşdilər.

Yamagata hərbi sahədə həm daxili, həm də beynəlxalq təcrübəyə malik idi, qərb hərbi taktikasını öyrənmişdi. O, nəhayət Yapon militarizminin "atası" kimi tanındı, samuraylara qarşı sərt və amansız mövqeyi ilə öz nüfuzunu artırmışdı.

Saigo və qalan 500 samuray Shiroyamaya, Kaqoşimaya baxan bir yüksəkliyə çəkildilər. Yamagatanın qüvvələri tez bir zamanda təpəni əhatə etdi və samurayların qaçmasına mane olmaq üçün geniş istehkamlar qurdu. Samurayları bombardman etmək üçün ərtafda bir neçə hərbi gəmi də cəmləşdirildi.

23 sentyabr gecəsi, admiraldan Count Kawamura Sumiyoshi Saigodan şərtsiz təslim olmasını tələb etdi, amma samuray lideri bu tələbi rədd etdi. Buna cavab olaraq günorta saatlarında imperia qüvvələri artilleriya atəşi açdı və tam miqyaslı hücum başlatdılar.

İmperiya qüvvılərinin çox olmasına və eləcə də silah üstünlüyünə baxmayaraq, Saigo və adamları cəsarətlə döyüşdülər,yaxın döyüşlərdə katanaları ilə mübarizə apardılar. Samuray lideri döyüş zamanı ölümcül yaralandı, qarın və femoral arteriyasına zərbə aldı. Samuray ənənəsinə uyğun olaraq, o seppuku edərək həyatına son verdi, bu da hər hansı bir təşkilatlanmış müqavimətin sonunu işarə etdi.

Sonradan Beppu Shinsukenin rəhbərliyi altında qalan samuraylar son bir hücum başlatdılar, qılınclarını çəkərək təpədən aşağı hücum etdilər. Lakin onlar tezliklə məğlub oldular və öldürüldülər.

Satsuma Üsyanının Yaponiyanın İqtisadiyyatına Təsiri

Satsuma Üsyanı Yaponiyanın iqtisadiyyatı üçün dərin təsirlər yaratdı. Üsyanı yatırmağın maliyyəti çox böyük oldu və təxminən ¥420,000,000 sərf olundu ki, bu da Meiji hökumətini əsasən iflas etdirdi. Bu, ölkəni qızıl standartından imtina etməyə və kağız pullara keçməyə məcbur etdi. Bu maliyyə çətinliyi, iqtisadiyyatı sabitləşdirmək məqsədilə yer vergisinin üç faizlik nisbətini 2.5 faizə endirmək kimi mühüm iqtisadi islahatlara gətirib çıxardı.

Üsyan həmçinin daha səmərəli və müasir bir hərbi qüvvənin zəruriliyini önə çıxardı, bu da infrastruktur və sənayeyə investisiyaların artmasına səbəb oldu. Meiji hökuməti, milli dəmiryolu sisteminin inkişafını, təkmilləşdirilmiş kommunikasiya şəbəkələrini və müasir istehsal imkanlarını prioritet olaraq qəbul etdi.

Digər Kateqoriyalar

2025 © Azervoice