Əsas səhifə » İsrail ordusu Rəfahda hərbi əməliyyatlara başlayıb

İsrail ordusu Rəfahda hərbi əməliyyatlara başlayıb

Bakı, AzerVoice

İsrail Ordusu Qəzzə zolağının cənubundakı Rəfah şəhərində yerüstü əməliyyatlara başlayıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin verdiyi açıqlamada deyilir.

Açıqlamada bildirilib ki, Rəfahın Şabura ərazisində keçirilən əməliyyat çərçivəsində qoşunlar bir sıra hərbi obyektləri məhv edib.

Həmçinin qeyd edilib ki, İsrail ordusu Qəzzanın şimal və mərkəzi hissələrində yerüstü əməliyyatlarına davam edir.

İsrail ordusu bildirib ki, qoşunlar Qəzzanın şimalında əvvəllər "Türkiyə Xəstəxanası" adlandırılan obyekti məhv ediblər. Son aylarda bu obyekt HƏMAS tərəfindən idarəetmə mərkəzi kimi istifadə olunub və oradan hərbi qüvvələrə qarşı terror hücumları təşkil edilib.

Xatırladaq ki, iki gün əvvəl İsrail Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edib. Nəticədə ölənlərin sayı 591-ə çatıb, 1042 nəfər isə yaralanıb.

Məlumata görə, ölənlərin əksəriyyəti uşaqlar, qadınlar və yaşlılardır. Bir çox cəsəd hələ də dağıdılmış binaların altında qalıb və xilasetmə komandaları onları çıxara bilmir.

Digər Kateqoriyalar

2025 © Azervoice