Əsas səhifə » Terrorçular silahı təhvil verəcəyi tarixi açıqlamalıdır - Türkiyə MN

Terrorçular silahı təhvil verəcəyi tarixi açıqlamalıdır - Türkiyə MN

BAKI,AzerVoice

Terror təşkilatı bütün uzantıları ilə birlikdə fəaliyyətini dayandırdığı, özünü ləğv etdiyi, şərtsiz olaraq silahları təhvil verəcəyi, silahları təhvil verəcəyi qərarını alacağı konqres tarixini biran əvvəl açıqlamalıdır.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat konfransı zamanı bildirilib.

Nazirlik bəyan edib ki, Türkiyə terrorla mübarizəsini qətiyyətlə davam etdirəcək və regionda sülhü, sabitliyi təmin etmək üçün bütün imkanlardan istifadə edəcək.

Açıqlamada, həmçinin, Türkiyənin terrora qarşı apardığı mübarizənin yalnız ölkənin təhlükəsizliyini deyil, eyni zamanda regionun sabitliyini və beynəlxalq sülhü hədəflədiyi bildirilib.

Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırısı edib.

"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm.",- deyə Öcalanın mesajında qeyd olunub.

Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib

Digər Kateqoriyalar

2025 © Azervoice